Münaqişə regionun digər ölkələrinə keçmədən gərginlik dayandırılmalıdır - Ərdoğan

 23:27 11.10.2023     307

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairli həmkarı Əbdülməcid Tebbun ilə telefon danışığı zamanı Fələstin-İsrail münaqişəsini başqa ölkələr bu işə qarışmadan həll etmək arzusunda olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin ofisi məlumat yayıb.

Bəyanatda göstərilir ki, danışıqlar zamanı Ərdoğan məqsədinin münaqişənin regionun digər ölkələrinə keçməsindən əvvəl gərginliyi dayandırmaq olduğunu bildirib. Türkiyə prezidenti həmçinin danışıqlar yolu ilə ədalətli sülhə nail olmaq üçün yol açmaq niyyətindədir.

Həmçinin Ərdoğanın sözlərinə görə, Türkiyənin səmimi və sülhsevər səylərinin beynəlxalq ictimaiyyət, xüsusilə də region ölkələri tərəfindən dəstəklənəcəyi gözlənilir.

Turan İSMAYIL