İran Rusiyaya "dəhliz" TƏKLİF EDİR

 09:28 12.10.2023     396

Tehran Moskvaya Rusiya taxılını üçüncü ölkələrə ixracı üçün İran ərazisindən təhlükəsiz dəhliz təklif edir.

Redaktor.az verelq.am-a istinadən xəbər verir ki, bunu "Ria-Novosti"yə müsahibəsi zamanı İranın iqtisadiyyat və maliyyə nazirinin iqtisadi siyasət üzrə müavini Seyid Əli Ruhani deyib.

"İran təkcə özünün taxıla olan tələbatını ödəmək üçün deyil, üçüncü ölkəyə də Rusiya taxılının idxalını təşkil edə bilər. Rusiya İrana uzunmüddətli və etibarlı tərəfdaş kimi arxalana bilər". 

Nazir eyni zamanda Rusiyanın bu imkandan istifadə etmədiyinə işarə edib. İran rəsmisinin sözlərinə görə, Ukraynadakı müharibə və Rusiyaya tətbiq edilən sanksiyalar İran marşrutunu faktiki olaraq Rusiya taxılının ixracı üçün təhlükəsiz və alternativ marşruta çevirib. Ruhani İranla Rusiyanın bu istiqamətdə çox ləng hərəkət etdiyindən təəssüfləndiyini bildirib.

NƏRGİZ