"Microsoft" 29 milyard dollar məbləğində vergidən yayınmaqda ittiham olunur

 09:36 12.10.2023     339

"Microsoft" ABŞ-ın Daxili Gəlir Xidmətindən şirkətin təxminən 29 milyard dollar vergi ödəmədiyi barədə bildiriş alıb. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə korporasiyanın saytında məlumat verilib.

Söhbət 2004-cü ildən 2013-cü ilə qədər olan dövrdən gedir. Bu ilin sentyabrında şirkət vergi orqanlarından 28,9 milyard dollar, həmçinin cərimə və faizlərin ödənilməsini tələb edən bildiriş alıb.

"Microsoft”un açıqlamasına görə, vergi orqanları ilə fikir ayrılığına səbəb şirkətin bu müddət ərzində mənfəəti ölkələr arasında bölüşdürməsi olub. 

"Biz təklif olunan dəyişikliklərlə razılaşmırıq və lazım gələrsə, məhkəmə yolu ilə  şiddətlə etiraz edəcəyik" - deyə şirkət bildirib.

"Microsoft" əlavə edib ki, gələn il bu məsələlərin yekun həllini gözləmir.

Humay İSGƏNDƏRLİ