BMT bu günə qədər Qəzzanı tərk edənlərin sayını açıqladı

 09:34 12.10.2023     254

Qəzza zolağında məcburi köçkünlərin (döyüşlər səbəbindən evlərini tərk etməyə məcbur olan, lakin öz ölkəsinin ərazisində qalan insanlar) sayı 330 min nəfəri ötüb.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

"Qəzza zolağında kütləvi köçkünlük davam edir. Son 24 saat ərzində məcburi köçkünlərin ümumi sayı 30% artıb və hazırda 338 934 nəfər təşkil edir",- deyə məlumatda qeyd olunub.

Həmidə İBRAHİMLİ