Yaralı HƏMAS yaraqlıları İsrail xəstəxanalarında müalicə olunmayacaq - İsrailin səhiyyə naziri

 09:55 12.10.2023     336

Yaralı HƏMAS döyüşçüləri İsrail xəstəxanalarında müalicə olunmayacaq.

Redaktor.az "Jposta" istinadla xəbər verir ki, bunu İsrailin səhiyyə naziri deyib.

Moşe Arbel səhiyyə sisteminə əsir götürülən HƏMAS yaraqlılarını müalicə etməməyi əmr edib.

"Əməliyyatlar başlayandan bəri mənfur HƏMAS terrorçularının dövlət xəstəxanalarında müalicəsi səhiyyə sistemi üçün problem yaradıb. Bu çətin dövrdə səhiyyə sistemi bütün diqqətini yalnız qırğın qurbanlarına yönəltməlidir. İctimai səhiyyə sistemi daxilində terrorçuların müalicəsi bu səylərə əhəmiyyətli dərəcədə təsir edir. Ona görə də mənim rəhbərliyim altında səhiyyə sistemi onları müalicə etməyəcək" - səhiyyə naziri deyib.

Arbel baş nazir Netanyahudan müvafiq orqanlara lazımi addım atmaq üçün göstəriş verməyə çağırıb.

NƏRGİZ