HƏMAS silahlıları Təl-Əvivə raket zərbələri endirdi

 10:22 12.10.2023     351

HƏMAS islam hərəkatının silahlı qanadı - İzzəddin əl-Qəssam Briqadalarının tərəfdarları Təl-Əvivə raket zərbələri endiriblər.

Redaktor.az xəbər verir ki, bu barədə qrupun rəsmi Telegram kanalında dərc olunan bəyanatında deyilir.

“İzzəddin əl-Qəssam Briqadalarının döyüşçüləri düşmənin mülki əhaliyə hücumlarına cavab olaraq Təl-Əvivə raket zərbələri endiriblər”, - deyə qeyd olunub.

Həmidə İBRAHİMLİ