Blinkenlə Netanyahu arasında görüş başladı

 14:10 12.10.2023     284

İsraildə səfərdə olan ABŞ-nin dövlət katibi Antoni Blinkenlə bu ölkənin Baş naziri Benyamin Netanyahu arasında görüş başlayıb.

Redaktor.az xəbər verir ki, danışıqlar Təl-Əvivdə yerləşən Kiriye iqamətgahında keçirilir.

Görüş İsrailin xarici işlər naziri Eli Koen, strateji planlaşdırma naziri Ron Dermer, İsrailin ABŞ-dakı, Birləşmiş Ştatların İsraildəki səfirləri və başqa məmurların iştirakı ilə genişləndrilmiş tərkibdə keçirilir.

Geniştərkibli danışıqlardan sonra A.Blineklə B.Netanyahu arasında təkbətək danışıqlara olacaq.

Bu görüşdən sonra birgə mətbuat konfransının olacağı gözlənilir.

Vumart və Güvən reklamı Vumart Güvən