Qarabağdan gedən ermənilər Ermənistanı da tərk edirlər - Paşinyan

 15:25 12.10.2023     253

"Hər gün Qarabağdan gələn insanların Ermənistanı tərk etməsi ilə bağlı rəqəmlər alırıq. İndiyə qədər təxminən 2500 nəfər gedib".

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.

“Qarabağdan gələnlərin Ermənistanda qalması üçün hər şeyi etmək bizim siyasətimizdir. 2500 nəfər gedib, amma ümid edirəm ki, onlar xaricdəki qohumlarına baş çəkib, orada bir az vaxt keçirib geri qayıdacaqlar”, - Paşinyan bildirib.