NATO nüvə təlimləri keçirəcək
NATO ölkələri gələn həftə “Steadfast Noon” adlı hər il baş tutan nüvə təlimi keçirəcək.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda NATO-nun Baş katibi Yens Stoltenberq açıqlama yayıb.
Stoltenberq NATO-nun hər ilin oktyabr ayında keçirdiyi təlimin gələn həftə İtaliya, Xorvatiya və Aralıq dənizi üzərində keçiriləcəyini bildirib.
Təlimdə çoxlu döyüş, müşahidə və tanker təyyarələrinin, eləcə də uzaqmənzilli bombardmançı B-52-nin iştirakı gözlənilir.