ABŞ İranın 6 milyard dollarını yenidən dondura bilər

ABŞ hakimiyyəti əvvəllər blokdan çıxarılmış və İranın yurisdiksiyasından kənarda olan və rəsmi Tehrana məxsus 6 milyard dolları dondurmaq hüququnu özündə saxlayır.
Redaktor.az-ın məlumatına görə, bunu İsraildə səfərdə olan ABŞ-ın dövlət katibi Entoni Blinken Təl-Əvivdə keçirdiyi mətbuat konfransında deyib.
“Biz bu fondlara ciddi nəzarət edirik və onları dondurmaq hüququnu özümüzdə saxlayırıq”-deyə, o bildirib.
Qeyd edək ki, İranın əvvəllər dondurulmuş aktivləri Tehran və Vaşinqton arasında məhbus mübadiləsi sazişi çərçivəsində Qətər banklarındakı hesablara köçürülüb (report).