İsrail bu ərazidəki insanları təxliyə edir

 09:26 13.10.2023     327

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza şəhərinin sakinlərini Qəzza zolağının cənubuna təxliyə etməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti Teleqram kanalında müvafiq bəyanat yayıb.

“Həmas terrorçuları Qəzza şəhərində evlərin altındakı tunellərdə və günahsız mülki insanların yaşadığı binaların içərisində gizlənirlər”, - deyə İsrail Müdafiə Nazirliyi öz çağırışını açıqlayıb.

Həmidə İBRAHİMLİ