İrəvanın yeni meri and içdi

 11:11 13.10.2023     247

İrəvan Şəhər Şurasının bu gün keçirilən növbədənkənar iclasında Tiqran Avinyan İrəvanın meri kimi and içib.

Redaktor.az armradio.am-a istinadla xəbər verir ki, vəzifəsinə başlayarkən mer Ermənistan Respublikasının Konstitusiyasına və qanunlarına, Şəhər Şurasının qərarlarına əməl edəcəyinə, merin vəzifələrini vicdanla və sədaqətlə yerinə yetirəcəyinə, İrəvanın çiçəklənməsi naminə xidmət edəcəyinə və sakinlərinin xeyrinə fəaliyyət göstərəcəyinə söz verib.

İnauqurasiya mərasimində prezident Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan, Milli Assambleyanın sədri Alen Simonyan və digər rəsmi şəxslər iştirak ediblər.

T.İSMAYIL