Netanyahunun müşavirinin qohumu girov götürüldü

 12:21 13.10.2023     187

İsrail Baş naziri Benyamin Netanyahunun müşavirinin yaxın qohumu HƏMAS girovluğundadır.

Redaktor.az xəbər verir ki, bu barədə Netanyahu özü açıqlamasında deyib.

Baş nazir girov götürülən şəxsin adını açıqlamayıb.

Netanyahu HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunu yəhudi xalqının tarixində ən qara və Holokostdan bəri ən müdhiş gün adlandırıb.

Baş nazir bu qruplaşmanın bütün üzvlərinin məhv ediləcəyini və HƏMAS-la danışıqların olmayacağını bildirib:

“Bu, evimiz uğrunda müharibədir və HƏMAS-ın məhvi ilə nəticələnməlidir”.