Blinken Fələstin lideri ilə görüşdü
Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Antoni Blinken Fələstin lideri Mahmud Abbasla gorüşüb.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş İordaniynın paytaxtı Əmmanda baş tutub.
Görüşdə HƏMAS-İsrail müharibəsinin müzakirə olunduğu bildirilir.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.