İsrail Ordusu tanklarla əməliyyata başladı

 13:13 13.10.2023     255

İsrail Müdafiə Ordusu Qəzzanın şərqində əməliyyatlara başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrail ərazidə tanklarla əməliyyat keçirir. Artıq Əl-Şücayyə bölgəsi atəşə tutulub.

Zərərçəkənlər barədə məlumat hələ ki yoxdur.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.