MDB Oyunları Ermənistanın Gümrü şəhərində keçiriləcək - Putin AÇIQLADI

 13:27 13.10.2023     283

Rusiya Prezidenti Vladimir Putin dramatik hadisələrə baxmayaraq, Ermənistanın gələn il Gümrüdə idman tədbirinə - MDB Oyunlarına ev sahibliyi edə biləcəyinə ümid etdiyini bildirib.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir ki, o, bu barədə MDB Dövlət Başçıları Şurasının iclasında deyib.

"Gələn il, planlaşdırıldığı kimi, ən azı, Ermənistanın Gümrü şəhərində olacaq. Ümid edirəm ki, hazırda regionda baş verən bütün dramatik hadisələrə baxmayaraq, Ermənistan bu tədbirləri keçirə biləcək", - Putin bildirib.

O izah edib ki, Birlik hər il müntəzəm olaraq idman paytaxtı seçir və MDB ölkələrinin Oyunlarına ev sahibliyi edir. İlk belə oyunlara 2021-ci ildə Kazan ev sahibliyi edib, bu il isə Minskdə keçirilib.

Turan İSMAYIL