İran hərəkətə keçdi - Real müharibə İŞARTILARI

 13:16 13.10.2023     302

HƏMAS-ın əqsa daşqını əməliyyatına cavab olaraq yeddi gündür ki, Qəzzanı bombalayan İsrailin hücumları İranı da hərəkətə gətirib.

Redaktor.az Sondakika-ya istinadla xəbər verir ki, İran İraq sərhədində müdafiəni gücləndirir.

İranın XİN başçısı Hüseyn Əmir Abdullahian Bağdadda İraqın baş naziri Məhəmməd Şiə əs-Sudani ilə görüşüb. Görüşdə Abdullahian deyib ki, əgər İsrail Qəzzada əməliyyatlarını dayandırmasa, bölgə "yeni şərtlərlə" qarşı-qarşıya qalacaq. 

İran rəsmisi Fələstin tərəfini güclü şəkildə dəstəkləyəcəyini bəyan edib: "Bəzi Qərb rəsmiləri İsrailə qarşı yeni cəbhələrin açıqlamasından danışır. Mən də deyirəm ki, bu mümkündür". 

Bildirək ki, İran administrasiyası mümkün hücuma qarşı İraqla sərhədə tank və zirehli maşınların yerləşdirilməsi ilə bağlı görüntülər də yayılıb.

NƏRGİZ