Putin İsrail-Fələstin münaqişəsinə görə ABŞ-ı ittiham etdi

 13:54 13.10.2023     253

Fələstin-İsrail münaqişəsinin misli görünməmiş gərginləşməsi israillilər və fələstinlilər üçün böyük faciəyə çevrilib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının dar tərkibdə keçirilən iclasında çıxışı zamanı deyib.

"Mən Fələstin-İsrail münaqişəsinin misli görünməmiş gərginləşməsi, hər iki tərəfdən minlərlə dinc sakinin həlak olması və yaralanması barədə bir neçə kəlmə deməyə bilmərəm. Baş verənlər, israillilərin və fələstinlilərin indi yaşadıqları genişmiqyaslı faciə ABŞ-ın Yaxın Şərqdəki uğursuz siyasətinin bilavasitə nəticəsi idi”, - deyə dövlət başçısı bildirib.

Putinin qeyd edib ki, Birləşmiş Ştatlar avropalı tərəfdaşlarının dəstəyi ilə “Yaxın Şərq nizamlanmasını inhisara almağa çalışdı, lakin hər iki tərəf üçün məqbul olan kompromislər tapmaqla maraqlanmadı və heç vaxt Fələstin xalqının əsas maraqlarını nəzərə almadı”.

Turan İSMAYIL