Avropa Parlamenti və Avropa Komissiyasının rəhbərləri İsrailə səfər etdi

 14:49 13.10.2023     217

Avropa Parlamentinin sədri Roberta Metsola və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen İsrailə gedib.

Redaktor.az xəbər verir ki, bu barədə Metsola özünün sosial şəbəkə hesablarında bildirib.

Metsola İsraillə həmrəylik nümayiş etdirmək üçün səfər etdiklərini diqqətə çatdırıb.

“Terror qalib gəlməyəcək”, - deyə o, sosial media hesablarında yazıb.