10-cu uşağı dünyaya gətirə bilmədiyinə görə əri tərəfindən döyüldü

 15:45 13.10.2023     215

Rusiyalı kişi arvadını artıq çəkili olduğuna və 10-cu uşağı dünyaya gətirə bilmədiyinə görə hədələyib.

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Talmenski rayonunun (Rusiya) 2 saylı məhkəmə dairəsinin hakimi Tatyana Vyazigina məlumat verib.

Məlum olub ki, spirtli içki qəbul edən 61 yaşlı kişi yoldaşını hədələyib və onu yerə yıxaraq, bıçağın sapı ilə döyüb.

Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayətindən sonra məhkəmə vəziyyəti araşdırmağa başlayıb. Lakin qadın daha sonra ərinin cinayət təqibinə xitam verilməsi üçün vəsatət qaldırıb. O, əri ilə barışdığını və onun məsuliyyətə cəlb olunmasını istəmədiyini bildirib.