ABŞ-dan İsrailə ikinci hərbi yardım təyyarəsi YOLA DÜŞDÜ

 16:20 13.10.2023     304

ABŞ-dən İsrailə hərbi yardım aparan ikinci təyyarə yola salınıb.

Redaktor.az xəbər verir ki, bu barədə “The Times of İsrael” nəşri yazıb.

Nəşrin sözlərinə görə, Qəzza zolağından HAMAS döyüşçüləri tərəfindən edilən hücum səbəbindən ABŞ-nin İsrailə hərbi yardımı davam edir.

Göndərilən yardıma müxtəlif silahlar, mərmilər, Dəmir Qübbə (İron Dome) taktiki raketdən müdafiə sistemi üçün raketlər və digər hərbi təyinatlı ləvazimatlar daxil olub.

Həmçinin bildirilir ki, ABŞ-nin xüsusi əməliyyat dəstələri İsrail ordusuna kəşfiyyat, döyüşlərin planlaşdırılması və girovların qaytarılması məsələlərində dəstək göstərir.

Təyyarənin bu gün Virciniya ştatının Norfolk şəhərindəki hava limanından qalxdığı qeyd edilib.