İsrail səfirliyinin əməkdaşına hücum
İsrailin Pekindəki səfirliyinin əməkdaşına hücum edilib.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə səfirliyin binasından kənarda baş verib. Səfirliyin əməkdaşı xəstəxanaya yerləşdirilib. Onun kimliyi ilə bağlı məlumat verilməyib.
Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.