Blinken ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib

 16:50 13.10.2023     283

"Telefon danışığı zamanı dövlət katibi Blinken təsdiqlədi: Birləşmiş Ştatlar Ukraynanı dəstəkləməyə diqqətini davam etdirir. Diplomatik, hərbi və maliyyə yardımı davam etdiriləcək".

Redaktor.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon söhbəti barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-da federal hökumətin maliyyələşdirilməsinin 45 gün - noyabrın 17-dək uzadılmasını nəzərdə tutan qanun qəbul edilib. Konqresin təsdiq etdiyi sənəddə Ukraynaya yardım göstərilmir. Eyni zamanda, CNN televiziya şirkəti Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsinə istinadən xəbər verir ki, Ağ Ev Amerika qanunvericilərindən Kiyevə vəsaitin ayrılmasını nəzərdə tutan ayrıca qanun layihəsi təqdim etməyi gözləyir.

Kiyev isə dərhal bəyan edib ki, Vaşinqtonun dəstəyinin dayanmaması və növbəti maliyyə ili üçün ABŞ büdcəsinə bu məqsədlər üçün vəsait daxil edilməsini təmin etmək üçün amerikalı tərəfdaşları ilə işləyir. 

T.İSMAYIL