Rusiya İranla "3+3" formatını müzakirə etdi
Rusiya xarici işlər nazirinin müavini İran səfiri ilə "3+3" formatında işlərin bərpasını müzakirə edib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin İranın Rusiyadakı səfiri Kazem Cəlali ilə bir sıra məsələləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. Cənubi Qafqaz kontekstindəki danışıqlar çərçivəsində "3+3" formatının bərpasının vacibdiyi qeyd olunub.
NƏRGİZ