Blinken Qətərə GETDİ

 17:23 13.10.2023     248

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Antoni Blinken İsraildəki vəziyyəti müzakirə etmək məqsədilə hökumət liderləri ilə görüşmək üçün Dohaya gedib.

Redaktor.az xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

A.Blinken vurğulayıb ki, münaqişənin yayılmasının qarşısını almaq üçün regional tərəfdaşların səyləri mühüm əhəmiyyət kəsb edir: “Biz İsraildə törədilən terror aktlarını ən sərt şəkildə qınayırıq. İsraildəki vəziyyəti müzakirə etmək məqsədilə hökumət liderləri ilə görüşmək üçün Dohaya gəldik. Münaqişənin yayılmasının qarşısını almaq üçün regional tərəfdaşlarımızın səyləri mühüm əhəmiyyət kəsb edəcək”.