Əfqanıstanda məscid partladıldı

Əfqanıstanın şimalında, Baqlan əyalətinin inzibati mərkəzi Puli-Xumri şəhərində şiə məscidinin partladılması nəticəsində ən azı 17 nəfər həlak olub.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış dindarların toplaşdığı “İmam Zaman” məscidində baş verib.
Hadisə nəticəsində, həmçinin, 50-dən çox insanın yaralandığı bildirilir.
Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib.