Paşinyan Bişkekə niyə getməyib? - Putin AÇIQLADI

 18:57 13.10.2023     363

Ermənistan MDB-dən “heç yerə getmir”, onun baş naziri Nikol Paşinyan isə “tamamilə başa düşülən hallar” səbəbindən Bişkek sammitində iştirak etmir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidenti Vladimir Putin məlumat verib.

"Ermənistana gəlincə, baş nazir Paşinyan mənə zəng etdi, biz telefonla danışdıq, digər məsələlərlə yanaşı, bugünkü sammitlə bağlı da danışdıq. Orada kifayət qədər başa düşülən hallar var.

Mən bu barədə danışmayacağam, daha yaxşısı bunu Ermənistanın baş nazirindən soruşun. Ancaq mənim başa düşdüyümə görə, Ermənistan MDB-dən heç yerdə çıxmır” - Rusiya lideri bildirib.

Turan İSMAYIL