Qəzza zolağında itkin düşən israillilərdən xəbər var

 09:26 14.10.2023     301

İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağı daxilində məqsədyönlü əməliyyatlar zamanı daha əvvəl HƏMAS tərəfindən qaçırılan israillilərin cəsədlərini aşkarlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, son 24 saat ərzində İsrail hərbçiləri piyada və zirehli texnikanın iştirakı ilə bir neçə oxşar reydlər həyata keçirib. Onların məqsədi məhz HƏMAS-ın saxladığı girovlar haqqında məlumat toplamaq olub.

Hərbçilər itkin düşən israillilərin axtarışına kömək edə biləcək əşyalar tapa biliblər. Onlar həmçinin HƏMAS-ın aşkar etdiyi infrastrukturu və qarşılarına çıxan silahlı qruplaşmaları məhv ediblər.

İsrail Müdafiə Qüvvələri bir neçə gündür ardıcıl olaraq Qəzzaya irimiqyaslı zərbələr endirir. Ehtimal olunur ki, İDF Qəzza zolağında genişmiqyaslı quru əməliyyatına hazırlaşır.