Vladivostok-Çita təyyarəsində qəza vəziyyəti yaranıb

 10:53 14.10.2023     368

Vladivostok-Çita reysini həyata keçirən "Sukhoi Superjet 100" təyyarəsi sol mühərrikində nasazlıq səbəbindən məcburi eniş edib.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verilib.

Ölən və ya yaralılar barədə məlumat verilmir. Hazırda problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

Qəza ilə bağlı istintaq başladılıb.

NƏRGİZ