Ərdoğan Blinkenə sərt CAVAB VERDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Entoni Blinkenin fikirlərinə etiraz edib.
Redaktor.az xəbər verir ki, Ərdoğan "Türkiyə-Afrika 4-cü İş və İqtisadiyyat Forumu"nda çıxışı zamanı ABŞ dövlət katibi Entoni Blinkenin "Mən bir yəhudi kimi buradayam" fikrinə reaksiya verib:
“Mən İsrailə dövlət katibi kimi deyil, bir yəhudi kimi buradayam”. Bu necə yanaşmadır? O zaman kimsə desə ki, mən müsəlman kimi bölgəyə yaxınlaşıram, nə deyərsən? Hər kəsə insan kimi yanaşmalısan”- deyib.