İsrail Livana cavab zərbəsi endirdi

 19:00 14.10.2023     254

İsrail Müdafiə Qüvvələri Livandan gələn hücuma cavab olaraq zərbələr endirib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bundan əvvəl İsrail hərbçiləri Livan ərazisindən Har Dov bölgəsinə atəş açdığını bildirib.

Bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Əbdullahiyan Livandakı Hizbullahın lideri Həsən Nəsralla ilə danışıqlar aparıb. Danışıqlardan sonra o, İsraillə müharibədə Hizbullahın HƏMAS-ın yanında ola biləcəyini bildirib.