Blinken Səudiyyə Ərəbistanının XİN başçısı ilə görüşdü
ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Farhan Əl-Səudlə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Blinken "X" hesabında paylaşım edib.
Görüşdə HAMAS-ın İsrailə qarşı terror hücumlar və münaqişənin regionda yayılmasının qarşısını almağın vacibliyi vurğulanıb.
"Biz həmçinin Yəmən və Sudandakı münaqişələrə son qoymaq üçün işi davam etdirmək qərarına gəldik", - deyə qeyd olunub.