İsrail Livanla sərhəddə bufer zona yaradır
İsrail ordusu Livanla şimal sərhədindən dörd kilometr dərinliyə qədər olan zonanı təcrid etmək qərarına gəlib.
Bu barədə Redaktor.az “Haaretz” nəşrinə istinadən xəbər verir.
Qeyd olunub ki, əraziyə giriş qəti qadağandır və əhaliyə bununla bağlı ayıq-sayıq olmağı və bufer zonaya daxil olmamaq göstərişi verilib.
Xatırladaq ki, İsrail ordusu Ştula kəndinin atəşə tutulduğu Livan ərazilərini bombalayıb.