Blinken gələn həftə yenidən İsrailə səfər edəcək

 17:48 15.10.2023     258

ABŞ dövlət katibi Entoni Blinken yenidən İsrailə səfər etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Qeyd olunub ki, bu son bir həftə ərzində amerikalı diplomatın Tel-Əvivə ikinci rəsmi səfəri olacaq.

Onun İsrailə oktyabrın 16-da qayıdacağı gözlənilir.

Xatırladaq ki, oktyabrın 11-dən 15-dək Fələstin-İsrail münaqişəsi kəskinləşən zaman Blinkenin Yaxın Şərqə səfəri başlayıb.

O, ilk olaraq İsrailə səfər edib. Daha sonra ərəb ölkələri - İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn və Qətərə gedib və burada dövlətlərin rəsmiləri ilə bölgədəki hadisələri müzakirə edib.