ABŞ-da 6 yaşlı müsəlman uşaq bıçaqlanaraq öldürüldü - Səbəb TÜKÜRPƏDİCİDİR
ABŞ-da müsəlman ailəsinə hücum olub.
Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, ABŞ-ın Çikaqo şəhərində baş verən hücumda 6 yaşlı müsəlman uşaq 26 bıçaq zərbəsindən ölüb, anası isə yaralanıb.
Qətllə bağlı açıqlama verməyən şübhəli, İsrail-Fələstin münaqişəsinin təsiri altında uşağı müsəlman olduğu üçün öldürdüyü müəyyən edilib.
Qətllə bağlı açıqlama verən ABŞ prezidenti Co Bayden deyib ki, bu cür dəhşətli nifrətin Amerikada yeri yoxdur:
"Bu, bizim təməl dəyərlərimizə ziddir. Amerikalılar bir araya gələrək islamafobiyaya və hər cür nifrətə qarşı olmalıdırlar. Bu nifrət qarşısında səssiz qalmayacağam",- deyə Bayden bildirib.
Humay İSGƏNDƏRLİ