Qəzzanın cənubunda müvəqqəti atəşkəs elan olundu

 09:30 16.10.2023     271

Qəzza zolağının cənubunda müvəqqəti atəşkəs elan olunub.

Redaktor.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, atəşkəs 5 saat davam edəcək.

Məqsəd əcnəbi vətəndaşların bölgədən çıxışını təmin etmək, eləcə də Qəzzaya humanitar yardım çatdırmaqdır.