Ankara İsveçin NATO-ya üzvlüyü ilə bağlı mövqeyinə yenidən baxa bilər

 09:52 16.10.2023     272

Oktyabrın əvvəlində ABŞ hərbçilərinin Suriyada Türkiyəyə məxsus pilotsuz təyyarəsini vurması faktından sonra Türkiyə İsveçin NATO-ya üzv olmaq ərizəsinin ratifikasiyası məsələsində mövqeyini dəyişə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son günlər bu hadisəyə görə ABŞ-ı kifayət qədər kəskin tənqid edir.

Nəticə etibarı ilə bu, İsveçin Şimali Atlantika Alyansına daxil olmaq ərizəsinə Türkiyə parlamentində baxılması proseduruna mənfi təsir göstərə bilər.

Qəzetin köşə yazarı Abdulkadir Selvi yazır:

“Əvvəllər hər şey parlamentin oktyabrda İsveçin müraciətini təsdiqləməsinin lehinə idi, lakin ABŞ bizim pilotsuz təyyarəmizi (Suriyada) vurduqdan sonra Ərdoğan yeni qərar verə bilərdi”.

Həmidə İBRAHİMLİ