İsrail bu ərazilərin sakinləri üçün təxliyə planı elan etdi

 10:28 16.10.2023     314

İsrail Müdafiə Nazirliyinin Fövqəladə Hallar Departamenti və İsrail Ordusu Livanla həmsərhəd olan ərazilərin sakinlərinin Livan sərhədindən 2 km-ə qədər təxliyəsi planının həyata keçirildiyini açıqlayıb.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi və İsrail Müdafiə Qüvvələrinin (IDF) birgə bəyanatında deyilir.

Məlumata görə, plana 28 yaşayış məntəqəsi daxildir.

Həmidə İBRAHİMLİ