Putin güclü olmağının SİRRLƏRİNİ AÇDI - VİDEO

 10:25 16.10.2023     325

İdmana xüsusi önəm verirəm və ona zaman ayırıram.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Çin Media Korporasiyasına müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, idman ona intensiv işləməyə və istədiyi nəticəyə nail olmağa kömək edir: "Bu həqiqətən mühüm məqsədlərə nail olmaq üçün vasitədir".

O, 10 il öncə konki sürməyə başladığını bildirib: " Bundan əvvəl nəinki konki sürməyi, onun üzərində durmağı bacarmırdım. 10 il öncə başladım. İndi də bu məşğuliyyət mənə həzz verir. Komanda idman növləri həmişə maraqlı, emosional, həyəcanlı olur və bu indiki günlərə həqiqətən də ara vermək imkanı verir".

NƏRGİZ