Daha 60-a yaxın Almaniya vətəndaşı İsraildən çıxarıldı
Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra daha 60-a yaxın Almaniya vətəndaşı Bundesverin (Almaniya Silahlı Qüvvələri) təyyarəsi ilə İsraildən təxliyə edilib.
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu uçuş Almaniya vətəndaşlarını təxliyə etmək üçün Bundesver təyyarələrinin dördüncü uçuşu olub.
Məlumata görə, bu günə qədər 222 nəfər İsraildən Almaniyaya aparılıb.
Həmidə İBRAHİMLİ