"Regionda qida böhranı dərinləşir" - Ərdoğan

 11:42 16.10.2023     229

“Regionda baş verən müharibə və hərbi toqquşmalar qida böhranını dərinləşdirir”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ümumdünya Qida Günü ilə bağlı videomüraciətində deyib.

Onun sözlərinə görə, Türkiyə qlobal aclıq təhlükəsinin qarşısını almağa çalışır: “Bunun üçün BMT ilə birgə səylərimizi dəstəkləyirik. Türkiyə bu məsələdə məsuliyyət daşımaqdan çəkinmir”.