40 nəfər həbs edildi - 20-si HƏMAS üzvüdür

 12:49 16.10.2023     287

İsrail Müdafiə Ordusu (ÇAXAL), İsrail əks-kəşfiyyatı Şin Bet və Milli Təhlükəsizlik Nazirliyi ötən gecə birgə reydlər keçirib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ÇAXAL-ın bəyanatında deyilir.

Bildirilib ki, terrorçuluq fəaliyyətində iştirakda şübhəli bilinən, axtarışda olan 40 nəfər həbs edilib. Saxlanılanlar arasında təxminən 20 nəfər HƏMAS hərəkatının üzvüdür.

Məlumata görə, ümumilikdə oktyabrın 7-dən indiyədək İsrailin müxtəlif bölgələrində axtarışda olan 360-a yaxın şəxs həbs edilib. Təxminən 210 nəfərin HƏMAS-la əlaqəsinin olduğu qeyd edilib.