Latviya Rusiya ilə sərhədi bağlayıb
Latviya Rusiya ilə sərhəddə Vientuli və Pededze buraxılış məntəqələrini bağlayıb.
Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, sərhəddə beton hasarlar çəkilib.
Sərhədi keçən insan axınına hazırlıq məqsədilə qurulmuş çadırlar sökülür.
Qeyd edək ki, Latviya-Rusiya sərhədində Vientuli ən aşağı buraxılış qabiliyyətinə malik sərhəd məntəqəsidir. İki ölkə sərhədində bundan başqa Terexovo və Qrebnevoda sərhəd məntəqələri də mövcuddur.