Misir İsraili GÜNAHLANDIRDI

 15:16 16.10.2023     265

Misir keçid mənqətəsini daima bağlı saxladığına görə İsraili günahlandırıb.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Samih Şükri danışıb.

Fransalı həmkarı ilə keçirdiyi mətbuat konfransında Samih Şükri bildirib ki, İsrail hökuməti hələ də Qəzzada keçidinin açılması, humanitar yüklərin daxil olması və ya üçüncü ölkələrdən vətəndaşların çıxmasına icazə vermir.

Qeyd edək ki, ötən gün İsrail hökuməti Rəfah keçid məntəqəsinin açılması ilə bağlı hər hansı razılaşmaının mövcud olmadığını açıqlayıb. 

NƏRGİZ