İsraildə nə qədər erməni yaşayır?

 16:05 16.10.2023     331

İsraildə 10 min nəfər erməni yaşayır.

Redaktor.az news.am-a istinadən xəbər verir ki, bunu "İsrail erməniləri" qəzetinin baş redaktoru Artyom Çernamoryan deyib.

Onun sözlərinə görə, ölkənin şimalında 3 min, Qüdsdə 2 min, İsrailin mərkəzində 3 min, cənubunda 5 min, yerdə qalanı isə ölkənin müxtəlif şəhərlərində yaşayır. 

Bildirək ki, İsrail-Fələstin qarşıdurması səbəbindən Ermənistan Əl-Təvivdən vətəndaşlarını təxliyyəyə başlayıb.

NƏRGİZ