Qəzza İranın qırmızı xəttidir - İbrahim Əzizi

 16:51 16.10.2023     241

Tehran üçün İsrailin Qəzza zolağında quru əməliyyatı qırmızı xətt olacaq.

Redaktor.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi sədrinin müavini İbrahim Əzizi deyib.

“İsrail Qəzzanın işğalının qırmızı xətt olduğunu, Fələstinin də onlardan bu kobud səhvi gözlədiyini dərk etməlidir. Əgər İsrail rejimi belə bir addım atsa və Qəzza zolağına raket hücumlarını dayandırmasa, indiki kimi ona qarşı təkcə bir deyil, bir neçə hərbi əməliyyat cəbhəsinin yarandığını gözləməli olacaq”, - Əzizi bildirib.

Onun sözlərinə görə, Fələstin müqavimət cəbhəsinin demək olar ki, sərhədləri yoxdur və İsrail onunla harada qarşılaşsa, mütləq hücuma məruz qalacaq.