Ermənistan Müdafiə Nazirliyinin sabiq əməkdaşı HƏBS EDİLDİ
Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr İdarəsinin sabiq rəisi Gevorq Altunyan həbs edilib.
Redaktor.az bu barədə "Hraparak"a istinadən xəbər verir.
Vəkilinin sözlərinə görə, Altunyan ətraflı dindirilib. Birinci instansiya məhkəməsi onun haqqında ev dustaqlığı qəti-imkan tədbiri seçib. Apelyasiya şikayəti verilsə də, Apelyasiya Məhkəməsi onu ləğv edib.
Qeyd edək ki, Gevorq Altunyan külli miqdarda dövlətdən pul mənimsəməkdə təqsirləndirilir.
NƏRGİZ