Aİ Şurası İrana qarşı sanksiyaları qüvvədə saxlayacaq

 15:11 17.10.2023     266

Avropa İttifaqı (Aİ) Şurası İrana qarşı sanksiyaları qüvvədə saxlayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat Aİ Şurasının saytında dərc olunub.

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrelin sözlərinə görə, Aİ Şurası İrana qarşı məhdudiyyətləri ləğv etmək üçün əsaslı səbəb olmadığı qənaətinə gəlib.

Aİ nümayəndəsi qeyd edib ki, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri Tehranın nüvə proqramı üzrə sazişin şərtlərinə riayət etmədiyini və İrana qarşı sanksiyaları davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran arasında nüvə sazişi - Birgə Kompleks Fəaliyyət Planı (JCPOA) imzalanıb. Saziş İranın nüvə proqramının məhdudlaşdırılması müqabilində ölkəyə qarşı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.