ABŞ İsrailə dəstəyi ilə səhvlərini düzəltməyə çalışır - Rusiya

 15:22 17.10.2023     385

ABŞ öz nümayəndələrinin İsrailə səfəri və dəstək nümayişi ilə səhvlərini, uğursuzluqlarını düzəltməyə çalışır. 

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bu sözləri Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov mətbuat konfransı deyib.

Viktorov deyib ki, Rusiya İsrail-Fələstin qarşıdurmasına son qoymaq istiqamətində vasitəçiliyə hazırdır. 

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin katibi Antoni Blinken ABŞ Prezidenti Co Baydenin İsrail səfəri çərçivəsində, İsrailin Baydenə hərbi planları barədə məlumat verəcəyini açıqlayıb.

NƏRGİZ