İran İsrailə müharibə elan edəcək? - Abdullahian

 16:11 17.10.2023     339

Yaxın saatlarda Qəzza zolağındakı "müqavimət qüvvələri"ndən "profilaktik tədbirlər" gözləmək olar.

Redaktor.az xəbər verir ki, bu sözləri İranın XİN başçısı Hüseyn Əmir Abdullahian dövlət televiziyasına müsahibəsində deyib. 

Onun sözlərinə görə, İsrailin Qəzza zolağında hər hansı hərəkət etməsinə icazə verilməyəcək. Əks halda nəticələri ilə üzləşəcək.

İranın XİN başçısı Tehranın müharibəyə qarışıb-qarışmamasını şərh edərkən deyib ki: "istənilən ehtimalı təsəvvür etmək mümkündür".

Qeyd edək ki, rəsmi Tehran İrana, İran vətəndaşlarına, İranın maraqlarına zidd hər hansı addım atılmadığı müddətcə hər hansı hərbi tədbir görülməyəcəyini bəyan etmişdi.

NƏRGİZ